3 C
Baku
Saturday, December 14, 2024

Vergi ödəyicisinin vəzifələri müəyyənləşir

Vergi ödəyicisinin vəzifələri müəyyənləşir.

Bu barədə Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd olunub.

Qanun layihəsinə görə, vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:

16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;

16.1.11. sahibkarlıq fəaliyyəti məqsədləri üçün ödəniş xidməti təchizatçılarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə, bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək;

Son xəbərlər
Digər xəbərlər