Vergilər naziri Mikayıl Cabbarov Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ilə görüşüb.
Banker.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı iqtisadi əməkdaşlıq və onun genişləndirilməsi perspektivləri müzakirə edilib, hər iki ölkənin iqtisadi tərəfdaş kimi qarşılıqlı maraq doğurduğu vurğulanıb.
Tərəflər Azərbaycanın vergi sistemində aparılan islahatlar və Macarıstanda vergi inzibatçılığı sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparıblar.