6 C
Baku
Monday, December 16, 2024

Vergilər naziri: “Qloballaşma prosesi vergi orqanları üçün çətinlik yaradır”

“Qlobal şirkətlərin vergiləri minimallaşdırmaq məqsədi ilə müxtəlif sxemlərdən istifadə etməsi, yekun mənfəəti əldə etmək üçün qarşılıqlı asılı olan şəxslər arasında əməliyyatları və qiymətləri sövdələşmə yolu ilə planlaşdırması vergi orqanları üçün bir çox çətinliklər yaradır”.

Bunu “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Vergilər Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimində vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun fikrincə, belə davranışdan yaranan vergi riskləri bu gün geniş yayılmış vergidən yayınma formalarından biridir: “Qloballaşma prosesinin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Azərbaycan da bu baxımdan müəyyən çağırışlarla üzləşir”.

Nazir həmçinin qeyd edib ki, tvinninq layihəsi üzrə keçirilmiş tenderin qalibi Yunanıstanın Vergi Administrasiyası və Beynəlxalq Avropa İqtisadi Hüquq Mərkəzidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər