2019-cu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 608 milyon 702 min manat məbləğində vergi və rüsum köçürülüb. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Banker.az xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi və rüsum köçürülmələrinin həcmi 5 milyard 306 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə nazirliyin xətti ilə dövlət büdcəsinə daxilolmalar 5,7% artıb.
Vergilər Nazirliyinin 2019-cu il dövlət büdcəsinə köçürmələr üzrə planı 7 milyard 316 milyon manat təşkil edir. Beləliklə, 9 ay ərzində plan 76,66% yerinə yetirilib.