-3 C
Baku
Sunday, December 15, 2024

Vergilər Nazirliyində yeni departament yaradıldı

Son dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən mühüm institusional yeniliklərdən biri də Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin yaradılmasıdır.

Banker.az xəbər verir ki, bu dəyişiklik bir sıra mühüm məqsədlərə, ən önəmlisi isə müraciətlərə baxılmasının təkmilləşdirilməsinə, prosesin səmərəliliyinin artırılmasına xidmət edir, həmçinin vətəndaş müraciətlərinin daha çevik və yüksək keyfiyyətlə icra olunmasını nəzərdə tutur.

Nazirlikdən verilən məlumata görə, yeniliyin digər başlıca mahiyyəti isə çoxsaylı şikayət instansiyalarını vahid bir strukturda birləşdirməklə yeni apelyasiya institutu təsis etməkdir.

Bununla da, yeni yaradılmış departament müstəqil üçüncü tərəf kimi çıxış edərək həm yerli strukturların, həm də onların işinə nəzarət edən yuxarı səlahiyyətli strukturların fəaliyyətinin nə dərəcədə səmərəli təşkil olunduğunu qiymətləndirəcək.

Son xəbərlər
Digər xəbərlər