7 C
Baku
Sunday, December 15, 2024

“Veysəloğlu” əməkdaşları üçün mini MBA proqramı başladı

®Veysəloğlu Şirkətlər Qrupu liderlərinin bilik və bacarıqlarının artırılması istiqamətləri üzrə təlim-inkişaf proqramlarının həyata keçirilməsi ilə bağlı fəaliyyətini davam etdirir.

Dekabrın 21-də şirkətlər qrupunun 50 əməkdaşı üçün ADA Universitetində mini MBA proqramına start verilib. Universitetlə qarşılıqlı əməkdaşlıq çərçivəsində olan bu təşəbbüs  7 aylıq müddəti əhatə edəcək. Proqramda şirkətlər qrupunun ümumilikdə 150 əməkdaşının iştirakı nəzərdə tutulub.

3 moduldan ibarət olan proqramda liderlik, idarəçilik, kommunikasiya bacarıqları və texniki əsaslı dərslər tədris ediləcək. Dərslər öz sahələrində ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə həyata keçiriləcək. 

Qeyd edək ki, bu fəaliyyət Veysəloğlu Şirkətlər Qrupu ilə ADA Universiteti arasındakı əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir. 

Veysəloğlu Şirkətlər Qrupu əməkdaşlarının çalışdıqları sahələr üzrə bilik və bacarıqlarının artırılmasına davamlı investisiyalar edir. Yalnız bu il ərzində qrupun 80-ə yaxın əməkdaşı müxtəlif sahələr üzrə tanınmış beynəlxalq sertifikat imtahanlarından uğurla keçib.

Foto

 

Foto2

Son xəbərlər
Digər xəbərlər