26 C
Baku
Saturday, July 27, 2024

“VIP Aviasiya Xidmətləri Şirkəti”nin investisiya gəlirləri kəskin artması xalis mənfəətini 17 mln. manata yüksəldib

Azərbaycanda aviasiya xidməti sahəsində fəaliyyət göstərən “VIP Aviasiya Xidmətləri Şirkəti” MMC 2019-cu il üzrə 17.06 milyon manat həcmində xalis mənfəət əldə edib.

Banker.az bu barədə aviaşirkətin 2019-cu il üzrə illik audit hesabatına istinadən xəbər verir.

“VIP Aviasiya” hesabat ilində 40.47 milyon manat gəlir əldə edib, bu da öncəki ili 1.4% üstələyir. Aviaşirkətin xidmət üzrə maya dəyəri isə 14.61 milyon manat olub (23% artım). Xərclərin gəlirdən daha çox artması şirkətin ümumi mənfəətini 25.86 milyon manata qədər azaldıb. Öncəki ildə bu rəqəm 28.1 milyon manat təşkil edirdi.

2019-cu il üzrə hesabatı analiz etdikdə məlum olur ki, şirkət inzibati və digər əməliyyat xərclərini optimallaşdırıb. Belə ki, bu növ xərcləri 3% azalaraq 10.26 milyon manat olub.

Şirkətin birə müəssisələrlə yatırılmış investisiyalardan gəlirinin həcmi 2.27 milyon, investisiya üzrə elan olunmuş dividentlərdən daxilolma isə 2.19 milyon manat olub.

Qeyd etməliyik ki, “VIP Aviasiya” ölkədə fəaliyyət göstərən “Premium Bank” ASC-nin səhmlərinin əsas hissəsini Zərifə Həmzəyeva adlı fiziki şəxslə bölüşdürürlər.

Beləliklə, aviaşirkətin vergidən öncəki mənfəəti 19.85 milyon manat olmuşdur ki, buradan da 2.78 milyon manat mənfəət vergisi ödəməli olub. Şirkətin xalis mənfəəti 17.06 milyon manat, yaxud öncəki ili 20% üstələyib.

Hazırda şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 31.7 milyon manat təşkil edir.

“VIP Aviasiya” hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Gəncə və Lənkaran hava limanlarında fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər