20 C
Baku
Friday, October 11, 2024

“Virgin Orbit” özünü müflis elan edib

Britaniyalı milyarder Riçard Brensonun əsasını qoyduğu peyk buraxma şirkəti “Virgin Orbit” iflas üçün müraciət edib. Bu barədə çərşənbə axşamı, aprelin 4-də “Reuters” yazıb.

Məlumata görə, şirkət maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırır.

Daha əvvəl “Virgin Orbit”in CEO-su Den Hart şirkətin özünə maliyyə təmin edə bilmədiyini bildirib. Onun sözlərinə görə, 100 işçi istisna olmaqla, şirkətin bütün bölmələrində çalışan işçilərin təxminən 90%-nin işdən çıxarılmasına qərar verilib.

“Virgin Orbit”in Böyük Britaniyadan ilk kosmik peyklər buraxması yanvar ayında LauncherOne raketinin ikinci pilləli mühərrikinin sıradan çıxması ilə uğursuzluqla başa çatıb. Şirkət ilin sonuna qədər Böyük Britaniyadan peyklərin buraxılması üçün daha bir cəhd göstərəcəyini vəd edib.

Son xəbərlər
Digər xəbərlər