15 C
Baku
Saturday, April 20, 2024

Virus bananın Azərbaycana idxalını əngəlləməyib – idxal kəskin artıb

Azərbaycan 2020-ci ilin martında 5,64 mln. dollarlıq təzə banan idxal edib. Göründüyü kimi pandemiya dövrünü əhatə edən martda idxal həcmində heç bir çətinlik yaranmayıb.

Martda xaricdən ölkəyə gətirilən bu tropik məhsulun həcmi az qala cari ilin yanvar və fevral ayları qədər təşkil edib.

Mart ayında idxal edilən bananın çəkisi 7 089 ton təşkil etməklə 1 kiloqramının 0,71 dollar təşkil edib. Ötən ilin eyni dövründə təzə bananın hər kiloqramı ölkəmizə 0,72-0,73 dollar aralığında idxal edilirdi.

Ölkəyə ümumilikdə yanvar-mart ayları ərzində 15 633 ton, 11.21 mln. dollar həcmində banan idxal edilib. Bu illik müqayisədə 44% artım olması deməkdir.

İdxal edilən bananın 15 633 tonu (99%-i ) isə Ekvatordan gətirilib, bunun da ümumi dəyəri 11,21 mln. dollardır.

Son xəbərlər
Digər xəbərlər