7 C
Baku
Sunday, December 15, 2024

“Visa” Azərbaycandakı fəaliyyətinin üç istiqamətini açıqlayıb

“Visa” beynəlxalq ödəniş sistemi Azərbaycanın maliyyə bazarında bundan sonra izləyəcəkləri strateji öncüllükləri açıqlayıb.

“Visa İnternational”ın Qafqaz regionundakı yeni direktoru Kristina Doros Azərbaycanda “Visa Token Service”nin tətbiqinə həsr olunan mətbuat konfransında ölkədəki fəaliyyətlərinin üç strateji istiqamətini sadalayaraq inkişaf etdikləri yenilikləri Azərbaycan bazarına gətirəcəklərini deyib.

“Bunun ən bariz nümunəsi “Visa Token Service” texnologiyasının tətbiqi olacaq”, – deyən regional direktor başqa bir mühüm istiqamətin Azərbaycanda ödəniş kartlarından gündəlik həyatda daha geniş istifadə olunmasına dəstək olduğunu söyləyib: “Bunun üçün “Visa” şirkəti tərəfdaşları ilə birgə müxtəlif təşviqat kampaniyaları keçirir. Məqsəd bank müştərilərinin gündəlik maliyyə əməliyyatlarında kartlardan daha çox istifadə etmələridir”.

Azərbaycan bazarında inkişaf edəcəkləri üçüncü mühüm istiqamətin də mükafat məhsulları, yəni müştərilərə kartlardan istifadə edərkən müxtəlif imtiyazlar qazandırmaqla bağlı olduğu diqqətə çatdırılıb.

“Azərbaycanda bütün strateji istiqamətlərin inkişafında başlıca amilin şirkətimizin yerlərdə iştirakını artırmaq olacağını məmnuniyyətlə qeyd etmək istərdim”, – K.Doros vurğulayıb.

Report

Son xəbərlər
Digər xəbərlər