Banker.az xəbər verir ki, Visa Ready – Visa B2B ödəniş xidmətləri ilə inteqrasiya olunan texnoloji şirkətlərə onların ödəniş sisteminin tələblərinə cavab verib-vermədiklərini təyin etməyə kömək edir.
Sözügedən bu tələblər isə təhlükəsizlik, məlumatların yüksəksürətli ötürülməsi, virtual ödəniş kartları, kredit borcunun avtomatlaşdırılması və ödənişin həyata keçirilmə prosesinin idarə olunması ilə bağlıdır.
Partnyor şirkətlər inteqrasiya və yoxlanışdan keçdikdən sonra Visa Developer Platform da daxil olmaqla (burada B2B-ödəniş sahəsində şəxsi qərarlarını inkişaf etdirə bilərlər) ödəniş sisteminin xidmət və həll yollarına giriş əldə edəcəklər.