10 C
Baku
Thursday, December 12, 2024

“Visa” fintex xidməti aqreqatoru “Plaid” i 5,3 milyard dollara alır

“Visa” ödəmə sistemi fintex xidməti aqreqatoru olan “Plaid” i satın alır. Qeyd edildiyi kimi, satınalmanın dəyəri 5,3 milyard dollar təşkil edib.

Banker.az xəbər verir ki, bu haqda “Visa” ya istinadən “Financial Times” məlumat verib.

İcraçı direktor və direktorlar şurasının sədri vəzifələrini icra edən Ela Kellinin sözlərinə görə, bu satınalma şirkətin “satıcıların müştərilərlə əlaqələndirilməsindən istehlakçıların rəqəmsal maliyyə xidmətləri ilə əlaqələndirilməsinə qədər” təkamülünü sübut edir. Onun qiymətləndirmələrinə görə, iki şirkətin birləşməsi “ümumi bazarı genişləndirməklə yanaşı, gəlir artımını sürətləndirəcək”.

“Plaid” – maliyyə planlaşdırma tətbiqetmələrinə (məsələn, “Mint” və “Acorns”), habelə pul köçürmələri tətbiqetmələrinə (“Venmo”) xidmət göstərən aqreqatordur. İki il əvvəl şirkət 2,65 milyard dollar dəyərində qiymətləndirilmişdir.

Saziş “Visa” ya müştəri məlumatları mübadiləsi zamanı yeni təhlükəsizlik səviyyəsinə keçməyə və müştəri hesablarını bölüşmək istəməyən banklarla əlaqələri gücləndirməyə kömək edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər