14 C
Baku
Monday, May 6, 2024

Visa Olimpiya oyunlarına NFC-qolbaq hazırlayır

Bu həftə Visa 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunlarında ödənişlərlə bağlı bir neçə mövcud variant təklif etdi. Bunlar sırasında daşına bilən elektronika cihazları da var.

Visa NFC-çiplə təmin edilmiş qolbağın konsepsiyasını təqdim etmişdir ki, onun da köməkliyi ilə məhsul və xidmət haqqını ödəmək, həmçinin xüsusi zonalara giriş əldə etmək mümkün olacaq. Cihaz müəyyən mənada Disney attraksion parkının ərazisində artıq bir neçə ildir istifadə edilən MagicBand qolbaqlarını xatırladır.

İdeya ondan ibarətdir ki, istifadəçilər bir dəfə Visa sistemində qeydiyyatdan keçməlidirlər. Ümumilikdə, Visa saytında login, şifrə və ödəniş məlumatını saytda daxil etmək mütləqdir. Qolbaq istifadəçinin hesabı ilə əlaqələndirildikdən sonra onu həm bilet, həm də kredit kartı olaraq istifadə etmək mümkündür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər