11 C
Baku
Wednesday, December 11, 2024

“Visa” rəqəmsal valyuta mübadiləsi şəbəkəsini yaradacaq

“Visa” ödəniş sistemi token, steyblkoin və milli rəqəmsal aktivləri konvertasiya etməyə imkan verəcək blokçeyn şəbəkəsi üzərində işləyir.

Banker.az xəbər verir ki, şirkət yaratdığı “Universal ödəmə kanalı” (UPC) konsepsiyasını artıq sınaqdan keçirməyə başlayıb.

“Visa” UPC konsepsiyasını platformalar arasında sürətli və təhlükəsiz məlumat ötürülməsini təmin edən, qarşılıqlı əlaqə üçün blokçeynləri birləşdirən universal adapter adlandırıb.

Xatırladaq ki, “Visa” kriptovalyutalarla əməliyyatlar aparmağa başlayan ilk ödəmə sistemidir. Şirkət blokçeyndən istifadə edərək USDC steyblkoini köçürüb.

2021-ci ildə şirkət banklara inteqrasiya olunacaq kriptovalyutaların alışı sistemini (API) buraxıb. Məhsulun işə salınması ilin sonuna planlaşdırılır. Verilən məlumata görə, bitkoin və digər kriptovalyutalar “Anchorage” depozitarında saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər