26 C
Baku
Saturday, July 27, 2024

“Vivid Money” fintex-startapı $436 mln. qiymətləndirmə ilə $73 mln. cəlb edib

Avropanın “Vivid Money” fintex-startapı 436 milyon dollar qiymətləndirmə ilə 73 milyon dollar cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“TechCrunch” yazır ki, xidmət “Greenoaks” və “Ribbit Capital” investisiya şirkətlərindən vəsait toplayıb. Xatırladaq ki, 2020-ci ilin noyabr ayında startap 117 milyon dollar dəyərində olub.

“Vivid Money” – Almaniyanın bank xidmətidir. Müştərilər onun tətbiqindən istifadə edərək pul ala və xərcləyə, investisiya qoya, o cümlədən qənaət edə bilərlər. Virtual kartın qiyməti 1 avro, metaldan hazırlanmış kartın qiyməti isə 20 avro təşkil edir.

Eyni zamanda tətbiq xarici valyuta hesabları açmağa və xaricdə sərfəli məzənnə ilə ödəniş etməyə, səhmləri alıb-satmağa və kriptovalyuta mübadiləsini həyata keçirməyə imkan verir.

“Vivid Money”də əlavə hesablar – “ciblər” yaratmaq mümkündür: ayrı-ayrı hesablar arasında pul köçürmələrini həyata keçirmək, digər istifadəçiləri daxil etmək, dəqiq xərclər yaratmaq.

“Vivid Money” startapının əsası 2019-cu ildə qoyulub. Xidmətin əsas tərəfdaşı Almaniyanın “SolarisBank” bankı və “Visa” ödəmə sistemidir. “TechCrunch” bildirir ki, hal-hazırda “Vivid Money”in əsas rəqibi “Revolut”dur. 2020-ci ildə investorlar onu 5.5 milyard dollar dəyərində qiymətləndiriblər.

Son xəbərlər
Digər xəbərlər