27 C
Baku
Saturday, July 27, 2024

“Vivo” yeni flaqman smartfon təqdim edib – Qiyməti $1000

Çinin “Vivo” şirkəti yeni flaqman smartfon təqdim edib. Banker.az xəbər verir ki, cihaz “Vivo X80 Pro” adını alıb. Yenilik LTPO AMOLED texnologiyalı ekran, 50 MP, 48 MP və 12 MP arxa kameralar və 32 MP ön kamera ilə təchiz olunub.

vivo X80 Pro 2cae021b84c

“Vivo X80 Pro” iki versiyada təqdim ediləcək: “Qualcomm Snapdragon 8 Gen 1” və “MediaTek Dimensity 9000”. Proqram platforması olaraq smartfonlara Android 12 quraşdırılıb.

vivo X80 Pro Y1BW

Modelin batareyası 4700 mAh tutumludur və sürətli yükləmə dəstəkləyir. Smartfon su və tozdan qorunub. “Vivo X80 Pro”nun 8/256 GB versiyasının qiyməti 839 dollar, 12/256 GB və 12/512 GB modifikasiyaların qiyməti isə müvafiq olaraq 915 və 1022 dollardır.

vivo X80 Pro Y1B41921W 1

Son xəbərlər
Digər xəbərlər