Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunur.
Banker.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.
Hazırda bu rüsum 4 manatdır.