5 C
Baku
Saturday, December 14, 2024

VKontakte sosial şəbəkəsi TikTok-la rəqabət üçün milyonlar xərcləyəcək

Bir neçə gün əvvəl Rusiyanın məşhur VKontakte sosial şəbəkəsi TikTok tətbiqinin analoqunu işə saldığını elan edib. “Kliplər” adını alan bu yenilik vasitəsilə şəbəkə istifadəçiləri şaquli formada qısa videolar paylaşa biləcəklər. Bu günlərdə isə VKontakte-nin TikTok-la rəqabət aparmaq üçün nə qədər pul xərcləyəcəyi məlum olub.

VKontakte sosial şəbəkəsi TikTok-la rəqabət aparmaq üçün 1 milyard rubl (təx. 24 milyon manat) vəsait xərcləyəcək.

Bu vəsait həm məzmun istehsalına, həm də bölmə və videonun müəlliflərini, o cümlədən pul qazanma proqramını tanıtmaq üçün yönəldiləcəkdir. Ayrıca, investisiya qoyuluşlarının müəyyən bir hissəsi marketinq vəzifələri üçün ayrılacaqdır.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər