-1 C
Baku
Saturday, December 14, 2024

Vladimir Putin Rusiyanın xarici siyasət prioritetlərini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin xarici siyasət sahəsindəki prioritetlərini açıqlayıb.

O, bu barədə diplomatiya işçiləri günü münasibətilə təbrikində deyib.

O söyləyib ki, Qərbin Rusiyanı təcrid etmək və onun təhlükəsizliyini pozmaq səyləri qarşısında Rusiya Xarici İşlər Nazirliyinin mühüm vəzifələri var: “Rusiya diplomatiyası ədalətli çoxqütblü dünya nizamının qurulmasına töhfə vermək üçün nəzərdə tutulub. Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlətləri ilə əlaqələrin gücləndirilməsi prioritet olaraq qalır”.

Dövlət başçısı qeyd edib ki, Rusiya MDB və genişləndirilmiş BRİKS-də sədrliyi ilə bağlı tapşırıq və vəzifələrin yüksək keyfiyyətli icrasına xüsusi diqqət yetirilməlidir: “Xaricdəki soydaşlara dəstək vermək və tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı çıxmaqla rus dünyasını birləşdirmək üçün iş tələb olunur”.

Son xəbərlər
Digər xəbərlər