15 C
Baku
Tuesday, October 15, 2024

“Vnukovo” aeroportu Rusiyada öz metro stansiyası olan ilk hava limanı olub

Moskvanın “Vnukovo” aeroportu Rusiyada öz metro stansiyası olan ilk hava limanı olub.

Moskva metropoliteninin Kalininsko-Solntsevskaya xətti Vnukovo hava limanına çatıb. Yeni metro stansiyası “Aeroport Vnukovo” adlandırılıb.

Yeni stansiyadan əlavə, Moskvada daha bir metro körpüsü istifadəyə verilib. Bu, Moskvada sayca on ikinci metro körpüsü olub və Moskva çayı üzərindəki Lujniki metro körpüsündən sonra ən uzun ikinci metro körpüsü olub.

Qeyd edək ki, 1935-ci ildən fəaliyyətdə olan Moskva metropoliteni istifadə intensivliyinə görə, Pekin, Tokio, Şanxay, Seul və Quançjoudan sonra dünyada altıncı, ekspluatasiya xətlərinin uzunluğuna görə Avropada birinci, dairəvi xəttlərinin sayına, Madrid və Pekin metropolitenindən sonra ikinci yerdə gəlir. Hazırda Moskva metropoliteninin 259 stansiyası mövcuddur.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər