13 C
Baku
Friday, April 19, 2024

Volkan Özdəmir: “SOCAR Türkiyəyə rəqabət gətirəcək”

“Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq 25 ildir mövcuddur. Hesab edirəm ki, bu əlaqələr daha da inkişaf etdirilməlidir. Ancaq əlaqələr inkişaf etdirildikdə, hər iki tərəfin maraqları nəzərə alınmalıdır”. Bunu APA-nın Ankaraya ezam olunmuş müxbirinə Türkiyənin Enerji Bazarları və Siyasəti İnstitutunun rəhbəri Volkan Özdəmir bildirib.

Onun sözlərinə görə, Türkiyə şirkətləri Azərbaycanın enerji bazarında iştirakını genişləndirməlidirlər: “Daha konkret layihələr daha böyük həcmlərdə olmalıdır. Türkiyə şirkətləri Azərbaycanın enerji sektorunda iştirakını genişləndirməlidirlər. Bununla yanaşı, Azərbaycan da yatırımlarını artırmalıdır. Xüsusilə, SOCAR brendi altında yatırılan sərmayələr daha real və daha konkret təməllər üzərində qurulmalıdır”.

V. Özdəmir əlavə edib ki, hər iki ölkənin şirkətlərinin üçüncü ölkələrə birgə yatırımlar etməsi də çox önəmlidir.

İnstitut direktoru onu da vurğulayıb ki, SOCAR-ın İzmirin Əliağa bölgəsində inşa etdiyi neft emalı zavodu Türkiyə üçün olduqca önəmli layihədir: “Hazırda Türkiyənin neft emalı sektorunda “tək əl” var ki, bu da “Tüpraş” şirkətidir. SOCAR tərəfindən bu yatırımın edilməsi çox doğru addımdır. Belə ki, bu yatırımlar nəticəsində Türkiyə bazarına rəqabət gələcək. Eyni zamanda “Petkim”in modernizasiyası da Türkiyənin neft-kimya sektoru üçün önəmlidir. Məncə Azərbaycanın iqtisadiyyatında bəzi problemlərin yarandığı bir dövrdə bu layihələr tez bir zamanda yekunlaşmalıdır”.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinə toxunan V. Özdəmir bunu qeyd edib: “Bu layihənin 7 il gecikməsinə baxmayaraq, Bakı-Tbilisi-Qars olduqca önəmli layihədir. Məncə layihənin gecikməsi Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatları üçün mənfi nəticələr verdi. Ümid edirəm ki, layihənin tezliklə açılışı olacaq və daha sürətli dəmiryolu xətti layihələri ilə yük daşımaları ticari mənfəət gətirəcək. İnanıram ki, Azərbaycan Bakıdan İstanbula, buradan isə Londona qədər yüklərini daşıya biləcək”.

Son xəbərlər
Digər xəbərlər