9 C
Baku
Thursday, December 12, 2024

“Volkswagen Azerbaijan” audit keçirilməsinə icazə verməyib

“Azərbaycan Automobiles” Qapalı Səhmdar Cəmiyyəti cərimələnir.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Səbail Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Ülviyyə Şükürovadır.

İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Azərbaycan Automobiles” QSC Almaniyanın avtomobil markası “Volkswagen”in Azərbaycanda rəsmi dileri olan yeganə şirkətdir.

Son xəbərlər
Digər xəbərlər