13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

“Volkswagen” “Tesla”nı almaq istəyib, Mask isə razılaşmayıb

faizlere

“Volkswagen” konserninin ən böyük səhmdarı Ferdinand Piyeh “Tesla”nı almaq niyyətində olduğunu açıqlayıb. Bu barədə Almaniyanın “Manager Magazin” nəşriyyatı məlumat yayıb.

Jurnalistlərin bildirdiyinə görə, “VW Group”un direktorlar şurasının sədri olan Piyeh, Kaliforniyada Tesla Model S avtomobili ilə səyahət edib. Bu səyahət ona güclü təsir bağışlayıb və bundan sonra səhmdar öz işçilərinə İlon Maskın şirkətini almaq məsələsini araşdırmağı tapşırıb.

Bu barədə təlimat “Volkswagen” şirkətinin direktorlar şurasına və konsernin rəhbəri Martin Vinterkorna verilib. Həmin dövrdə “Tesla” təxminən 20 milyard dollar dəyərində qiymətləndirilirdi, illik hesabatda isə 22 min elektrikli avtomobilin satıldığı göstərilirdi (2020-ci ildə bu göstərici 500 minə çatdı). Qeyd edək ki, “Volkswagen” müqayisədə bir neçə dəfə daha baha qiymətləndirilib və dünyanın ən böyük avtomobil istehsalçısı sayılıb.

“Tesla”nın qurucusu İlon Mask bu şərtlə razılaşmayıb. Bildiyimiz kimi, 2020-ci ildə “Tesla” dünyanın ən bahalı avtomobil istehsalçısına çevrilib. Son bir neçə ayda şirkətin kapitallaşması 500 milyard dolları keçərək 700 milyard dollara  yaxınlaşıb. Hal-hazırda “Volkswagen” “Tesla”nın əsas rəqiblərindən biridir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər