14 C
Baku
Monday, May 6, 2024

“Volkswagen” və “Skoda”nın rəhbərliyi dəyişib

“Volkswagen Group” konserni 2022-ci ilin yayında şirkətin menecmentində dəyişikliklərin olacağını açıqlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Vurğulanır ki, “Volkswagen”in minik avtomobilləri bölməsinin rəhbəri Ralf Brandtetter avqustun 1-indən Çin bölməsinə rəhbərlik edəcək, onun yerini isə iyulun 1-indən “Skoda”nın indiki rəhbəri Tomas Şafer tutacaq.

Çex markasının yeni rəhbəri iyulun 1-indən hazırda satış, marketinq və satışdan sonrakı xidmətə cavabdeh olan Klaus Zellmer olacaq. Onun davamçısının kim olacağı barədə məlumat verilməyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər