6 C
Baku
Monday, December 16, 2024

“Volkswagen”in sabiq rəhbəri “dizel qalmaqalı”na görə €10 mln. təzminat ödəyəcək

Alman avtokonserni “Volkswagen”in sabiq rəhbəri Martin Vinterkorn dizel avtomobillərlə bağlı qalmaqala görə şirkətə 10 milyon avro ödəməyə razı olub. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Qeyd edək ki, qalmaqal şirkətə 30 milyard avrodan baha başa gəlib.

“Volkswagen” (“Skoda”, “Audi” və “Porsche” markalarına sahibdir) ətrafında qalmaqal 2-15-ci ildə alovlanıb. Avtomobil istehsalçısı sınaqlar zamanı zərərli tullantıların həqiqi göstəricilərini obyektiv qiymətləndirə bilməyəcən proqram təminatının tətbiq edilməsində günahlandırılıb.

Nəticədə “Dizelqeyt” avtokonsernə 32 milyard avroda baha başa gəlib. “Business Insider”in verdiyi məlumata görə, faktiki ödəmələr simvolik əhəmiyyət kəsb edir. Nəşr bildirir ki, avtomobil istehsalçısının direktorlar şurasının hər bir üzvü ən azı 1 milyon avro təzminat ödəyəcək.

Qalmaqaldan sonra Almaniyanın hüquq-mühafizə orqanları Martin Vinterkorn və istehsalçının digər dörd top-menecerinə qarşı iş açıb. 2019-cu ilin aprelində onlara qarşı ittiham irəli sürülüb. Prokurorluq “Volkswagen”in keçmiş rəhbərinin 2014-cü ilin aprelində fırıldaqçı proqramların mövcudluğu barədə məlumatlı olduğunu hesab edib.

2020-ci ilin sentyabrında Almaniyada məhkəmə Martin Vinterkornun mühakimə olunmasına dair qərar verib. Məhkəmə həmçinin “Volkswagen”in keçmiş rəhbərinə qarşı ittihamların siyahısını genişləndirib.

Son xəbərlər
Digər xəbərlər