12 C
Baku
Wednesday, December 11, 2024

“Volvo” Rusiyadakı biznesini satmağı düşünür

İsveçin “Volvo Group” şirkəti Rusiyadakı biznesi satmağı nəzərdən keçirir. Xatırladaq ki, avtomobil istehsalçısı fevralın sonunda Rusiyada yük maşınlarının istehsalını dayandırıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Mənbəyə görə, “Volvo Group” Rusiyadakı biznesini satmaq üçün təklif göndərib. Şirkət sövdələşməni 2022-ci ilin sonunda və ya 2023-cü ilin birinci rübündə yekunlaşdırmağı planlaşdırır.

Xatırladaq ki, “Volvo”nun Rusiyadakı biznesinə boyama zavodları, yük maşınlarının yığılması zavodu, həmçinin dörd servis mərkəzi daxildir.

Şirkətin Rusiya bazarını tərk etməsi ilə bağlı itkiləri 420 milyon dollar olaraq qiymətləndirilib. Bundan əlavə, “Volvo”nun işçi heyəti 1.27 min nəfərdən 900 nəfərə qədər azaldılıb. 2021-ci ildə Volvo yük maşınları Rusiyada KamAZ və QAZ yük maşınlarından sonra populyarlıq baxımından üçüncü yerdə olub.

Son xəbərlər
Digər xəbərlər