VTB (Azərbaycan) ipoteka kreditinin həcmini artırıb

0

Bank VTB (Azərbaycan) ötən ilin nəticələri ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində İpoteka və kredit-zəmanət fondu xətti ilə verdiyi ipoteka kreditinin həcmini 2 dəfə artırıb.

Bank VTB (Azərbaycan) İpoteka və kredit-zəmanət fondu xətti ilə ipoteka kreditini 150 000 manatadək və 25 il müddətinə təklif edir. Kreditin faiz dərəcəsi 7%, ilkin ödənişi isə – 20% təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Əhalinin müəyyən kateqoriyası – dövlət və hərbi qulluqçular, gənc ailələr,elmlər namizədi və ya doktorluq elmi dərəcəsi olanlarüçün dövlət ipoteka proqramının güzəştli ipoteka krediti nəzərdə tutulur.Güzəştli ipoteka üzrə faiz dərəcəsi 4%,maksimal məbləğ 100 000 manat təşkil edir. İlkin ödəniş isə 15%-dir.

“Bankın aktiv şəkildə ipoteka kreditləşməsində cəmi 2 il müddətində iştirak etməsinə baxmayaraq, kifayət qədər nailiyyətlər əldə etmiş və bazardakı mövqelərimizi möhkəmləndirə bilmişik. Kredit şərtlərinin yaxşılaşdırılması da buna təsir etmişdir:standart ipoteka üzrə faiz dərəcəsi 7%, güzəştli ipoteka üzrə isə 4% təşkil edir. Mənzil İnşaatı Dövlət Agentliyi (“MİDA” MMC) ilə əməkdaşlıq sayəsində bank həmçinin agentliyin mənzilləri üçün də ipoteka krediti vermək niyyətindədir. Beləliklə, bank mənzil əldə etmək istəyən şəxslər üçün tələb olunan bütün şərtləri təqdim edir” – deyə bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitriy Qalaşev bildirib.

Arayış üçün:

İpoteka və kredit- zəmanət fondu uzunmüddətli ipoteka krediti vasitəsilə əhalini yaşayış sahəsi ilə təmin etmək mexanizmi yaratmaqla yanaşı, ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etməkdə kömək göstərir, eləcə də müvəkkil banklardan alınan manat kreditləri üzrə sahibkarlara zəmanət təqdim edir və manat kreditləri üzrə subsidiyaların verilməsini həyata keçirir.