6 C
Baku
Sunday, December 15, 2024

VTB (Azərbaycan) Black Edition premium kartını təklif edir ®

VTB (Azərbaycan) Mastercard ödəniş sisteminin Black Edition premium kartının buraxılışına başlayıb. Bu kart  müştərilərə bir sıra üstünlüklər, o cümlədən özəl xidmət və hava limanlarının Lounge Key biznes zallarından istifadə imkanları verir. Bundan başqa, səyahət zamanı kart sahibləri müxtəlif növ nəqliyyat, əyləncəli tədbirlər üçün biletlərin bronlaşdırılması, eləcə də otellərin və digər məkanların axtarışına kömək edən konsyerj-xidmətindən istifadə edə bilər. Bu xidmətdən 24 saat ərzində ayrılmış xüsusi telefon nömrəsi və elektron poçt vasitəsi yararlanmaq mümkündür.

Black Edition kart sahiblərinə sığorta üzrə sərfəli şərtlər də təklif olunur. Belə ki, proqram müştərilərin həm ölkə daxilində, həm də ölkə xaricində səyahətlərini əhatə edir, eləcə də kart sahibini səfər zamanı müşahidə edən ailə üzvlərinə də şamil olunur. Proqram qış idman növləri, eləcə də təcili tibbi xərclər, səfər zamanı bədbəxt hadisə və reysin gecikməsi kimi riskləri də ödəyir.

“Black Edition istifadəçilərinə geniş imkanlar verən imtiyazlı kartdır. Bank VTB (Azərbaycan) isə onu daha da böyük üstünlüklərlə tamamlayıb. Bu, multivalyuta kartıdır və müştərilərə dörd müxtəlif valyutada – manat, rubl, dollar, avroda  əməliyyatlar həyata keçirməyə imkan verir. Konvertasiyaya görə komissiya nəzərdə tutulmayıb. Kartın bütün hesabları üçün xaricdə 100 manatdan (və ya xarici valyuta ekvivalenti) artıq nağdsız əməliyyat zamanı 1% məbləğində Cash Back də nəzərdə tutulub. Daha bir üstünlük isə hesabdakı qalığa 4,5%-dək gəlirin hesablanmasıdır. Əminəm ki, bu bonuslar kartdan rahatlıqla istifadə etməyə imkan verəcək”- deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Dmitriy Qalaşev bildirib.

 

Son xəbərlər
Digər xəbərlər