7 C
Baku
Thursday, December 12, 2024

VTB (Azərbaycan) kredit kartları üçün güzəşt müddətini artırdı

®VTB (Azərbaycan) kredit kartları üzrə şərtləri yeniləyib. Bank faiz dərəcəsini 3 bənd aşağı yəni 25%-ə endirib, güzəştli faizsiz müddəti isə 50 günədək artırıb. Məhsul çərçivəsində kredit xəttinin müddəti 25 ilədək uzadılıb. Kartlar üzrə kredit limiti 300 manatdan 15 000 manatadək təşkil edib.

“Bank VTB (Azərbaycan)-ın kredit kartları daha da sərfəli oldu. Maliyyə imkanlarından asılı olaraq müştəri kredit kartını ona lazım olan müddət üçün əldə edə, eləcə də uzadılmış güzəşt müddətinin üstünlüklərindən yararlana bilər. Bundan başqa, loyallıq proqramı çərçivəsində biz daim kartlar üzrə müxtəlif aksiyalar təklif edirik ki, bu da kart sahiblərinə xərclərinə qənaət etmək imkanı verir. Beləliklə, VTB (Azərbaycan)-ın kredit kartı ilə onlar həm xərcləyir, həm qazanırlar”- deyə, bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin  direktoru Yevgeni Borodin bildirib. 

Kartı Facebook və ya WhatsApp mesencelərdəki DİRECT rəqəmsal bankı, eləcə də VTB (Azərbaycan)-ın saytı vasitəsilə bir neçə dəqiqə ərzində sifariş etmək olar. 

Kredit kartları üzrə əlavə məlumatı korporativ saytdan almaq mümkündür. 

 

Son xəbərlər
Digər xəbərlər