2 C
Baku
Saturday, December 14, 2024

VTB (Azərbaycan) mikrokreditlər üzrə komissiyanı ləğv edib

®VTB (Azərbaycan) mikro şirkətləri üçün 15 min manatadək kreditlər üzrə komissiyanı ləğv edib. Maliyyələşdirmə illik 18%-dən başlayır, müddəti isə 36 aya qədərdi. Kretidi girovsuz və zaminsiz almaq mümkündür.

«Mikrobiznes şirkətləri ölkə iqtisadiyyatı üçün mühüm rol oynayır. Bizim məhsul və xidmətlərimiz bu seqmentə biznesin inkişafı üçün maliyyə problemlərini sərfəli və rahat şəkildə həll etməyə imkan verir. Biz kreditlərin verilmə prosesini mümkün qədər sadələşdirmişik – 15 min manata qədər zaminsiz və girovsuz, banka gəlmədən əldə etmək mümkündür. Biz sahibkarların diqqətini alətlərimizə cəlb etmək üçün mikrokreditləri komissiyasız etdik. Ötən il bankımızın mikrobiznes müştərilərinin sayını 2022-ci illə müqayisədə 2,3 dəfə artırıb», – deyə VTB (Azərbaycan) bankının idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.

Mikrokrediti VTB bankın istənilən filialında əldə etmək mümkündür. Həmçinin SİMA İmza rəqəmsal imzadan istifadə etməklə də məsafədən yararlanmaq olar.

Son xəbərlər
Digər xəbərlər