Vüqar Əliyev Naxçıvan Baş Gömrük idarəsinin rəisi təyin edildi

Vüqar İsmayıl oğlu Əliyev Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təsdiqlənib.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 9-da sərəncam imzalayıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev bundan əvvəl Naçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifələrini icra edirdi.

Mənbəreport.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər