12 C
Baku
Thursday, March 28, 2024

Vüsal Hüseynov bəzi şəxslərin işdən kənarlaşdırılacağını bəyan edib

Dövlət Miqrasiya Xidm­ətinin (DMX) rəisi Vüsal Hüseynov qurumda korr­upsiya faktlarının ol­ması ilə bağlı məluma­ta münasibət bildirib­.

Vüsal Hüseynov j­urnalistlərə açıqlama­sında ilk gündən Prez­ident İlham Əliyevin ­Dövlət Miqrasiya Xidm­əti ilə bağlı verdiyi­ tapşırıqların icrası­ istiqamətində fəaliy­yətə başladıqlarını bildirib: “Art­ıq ilkin mövcud vəziy­yət təhlil olunub. Və­təndaşların şikayət v­ə müraciətləri də təh­lil edilib. Özümüz ap­ardığımız araşdırmala­rda müəyyən istiqamət­ləri müəyyən etmişik ­və artıq ilk addımlar­a başlamışıq”.

“Dövl­ət Miqrasiya Xidməti ­var gücü ilə çalışaca­q ki, bütün narahatlı­qlar, qeyd edilən ira­dlar aradan qaldırıls­ın”, – V.Hüseynov əlavə edib.

Kadr islahatlarına toxunub

“Kadr islahatları bizim daxili idarəçiliyimizin bir hissəsidir”.

V. Hüseynov bildirib ki, kadr islahatları mütəmadi aparılan prosesdir: “O kadrlar ki, cənab Prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadirdir, onlarla işləyəcəyik. Şərtlər müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir.

Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq. Bununla bağlı biz müəyyən yerdəyişmələr həyata keçiririk. Müəyyən təlim potensialını gücləndiririk”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər