17 C
Baku
Tuesday, April 30, 2024

Vyetnam kriptovalyuta sektorunun inkişafı üçün hüquqi baza hazırlayacaq

Vyetnam kriptovalyutadan istifadəni qadağan etmək niyyətində deyil, lakin ölkədə kriptovalyuta sektorunun inkişafını təmin etmək və mümkün risklərin qarşısını almaq üçün qanunvericilik bazası hazırlamalıdır.

Bu barədə Vyetnam Ədliyyə Nazirliyinin iqtisadi və mülki qanunvericilik departamentinin direktor müavini Kao Danq Vin deyib.

“Virtual aktivlər və rəqəmsal valyutalar haqqında fərqli fikirlər mövcuddur. Müxtəlif ölkələr kriptovalyuta sektorunun idarə edilməsinə fərqli yanaşır. Bütün mümkün risklərin qarşısını almaq üçün kriptovalyuta sektorunda qanunvericilik bazası inkişaf etdirməlidir”, – deyə Kao Danq Vin bildirib. Onun sözlərinə görə, Vyetnamda indiyədək qanuni aktiv sayılmayan kriptovalyutaların idarə edilməsi qaydaları mövcud olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Vyetnam hökuməti Maliyyə Nazirliyinə 2025-ci ilin may ayınadək kriptovalyuta bazarını tənzimləmək üçün hüquqi bazanın işlənib hazırlanmasını tapşırıb.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər