23 C
Baku
Saturday, April 27, 2024

Vyetnam Prezidenti istefa verdi

Vyetnam Prezidenti Vo Van Txıonq istefa verib.

Bu barədə “Vyetnamın səsi” radiostansiyası məlumat yayıb.

Onun istefa səbəbinin Vyetnam Kommunist Partiyasının nizamnaməsini dəfələrlə pozması və bunun da ictimaiyyət tərəfindən mənfi reaksiya doğurması ilə əlaqələndirilir.

Bildirilib ki, Vo Van Txıonqun istefa ərizəsini Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi qəbul edib. O, partiyanın siyasi bürosu və Mərkəzi Komitənin daimi üzvlüyündən də azad edilib.

Partiyanın qərarını Vyetnamın birmandatlı parlamenti də təsdiqləməlidir.

Qeyd edək ki, Vyetnam parlamenti ötən il martın 2-də Vo Van Txıonqu dövlət başçısı təyin etmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər