3 C
Baku
Saturday, March 2, 2024

WannaCry virusunun vurduğu zərər 1 milyard dollar olaraq qiymətləndirildi

Banker.az saytı xəbər verir ki, Amerikanın kibertəhlükəsizlik üzrə ixtisaslaşmış KnowBe4 şirkətinin mütəxəssisləri WannaCry adlı genişmiqyaslı virusun vurduğu zərəri 1 milyard dollar olaraq qiymətləndirib.

WannaCry virusu dünyanın 150 ölkəsində 300 000-ə qədər kompüteri yoluxdurub. Virus tərəfindən ilk 4 gün ərzində vurulan zərər 1 milyard dolları geridə qoyub.

Mütəxəssislər bu zərərə məlumatların itirilməsi, istehsalatın enməsi, işdə ləngimə, məhkəmə rüsumları və nüfuza vurulan zərərlər daxil edilib.

Qeyd edək ki, WannaCry virusu ilə xaker hücumu 12 may tarixində dünyanın 150 ölkəsində gündəmə gəldi. İstifadəçilər yoluxmuş kompüteri açdıqda ekranda məlumatlara girişi blok edən banner peyda olur və məlumatların bərpa olunması üçün 300 dollar tələb edirdi.

 

Son xəbərlər
Digər xəbərlər