2 C
Baku
Sunday, December 15, 2024

Warren Buffet-dən ən yaxşı investisiya məsləhətləri

Amerikalı sahibkar Warren Buffet dünyanın ən məşhur investorlarından biridir. Forbes jurnalının illik milyarder reytinqinə əsasən Berkshire Hathaway  şirkətinin rəhbərinin şəxsi kapitalı 2013-cü ildə 58,2 milyard dollar təşkil edirdi. Bu da onu planetin ən varlı 4-cü insanı edir.

Buffet mütəmadi olaraq öz müsahibələrində, uğura nail olmaq üçün ən faydalı kitablardan, uğur fəlsəfəsindən danışır.

Aşağıda sizə məşhur investorun yeni başlayan və işində daha da irəli getmək istəyən investorlara bu qəbildən olan məsləhətlərini təqdim edirik:

  • Səhm almaq – sadəcə qiymət məsələsi deyil. Yaxşı şirkətə az məbləğ ödəmək, pis şirkətə çox məbləğ ödəməkdən yaxşıdır.
  • Uğurla investisiya etmək üçün sizin dahi olmağınız tələb olunmur. İnvestorluq yüksək intellektə sahib insanların daim uğur əldə etdiyi bir oyun  deyil.
  • Hər hansı səhmi sırf ona nifrət etdikləri üçün almayın. Atdığınız hər bir addımınıza analitik yanaşma lazımdır.
  • Pis şeylər yaxşı zamanlarda elə də nəzərə çarpmır. Kimin çılpaq üzdüyünü yalnız su çəkildikdən sonra görə bilərsiniz.
  • Hər zaman pullara sahib olun.
  • Bir şirkəti əldə etmək üçün ən ideal vaxt onun çətin dövr keçirdiyi andır.
  • Səhmlər hər zaman böhrandan çıxmağı bacarır.
  • Qəfil olaraq qazandığınız yüksək məbləğdən eyforiya hissinə qapılmayın.
  • Hər zaman – səhmə sahib olmaq üçün ən yaxşı dövrdür. Əla bir komanda ilə əla bir biznesə sahib olduğumuz zaman səhm əldə etmək üçün ən ideal zamandır.
  • Hətta ən axmaq insanın belə idarə edə biləcəyi biznesi alın. Mən çalışıram ki, hətta ən axmaq bir insanın belə idarə edə biləcəyi biznesin səhmlərini alım. Çünki əvvəl-axır bu baş verir.
  • Hər bir imkandan istifadə etməyə məcbur deyilsiniz. Fond bazarı – hər ötürməyə cavab verməli olduğunuz oyun deyil. Siz topun yan keçməsinə imkan verməli və ən lazımlı ötürməni gözləyə bilərsiniz.
  • Nə qədər çox ticarət etsəniz, nəticəniz bir o qədər aşağı olacaq.  İsaak Nyuton dinamikanın üç qanunu kəşf etmişdir. Lakin İnvestorlar üçün dördüncü qanun da var: hərəkət artdıqca gəlir azalır.
  • Qiymət və dəyər eyni şey deyil.
  • Həddindən artıq çətin investisiyalar gəlir gətirmirlər.
  • Yaxşı biznesmendən yaxşı investor alınır.
  • Dəyişməyən şirkətlər investisiyaya daha çox yarayırlar.
  • Zaman göstərəcək. Zaman yaxşı biznesmenin dostudur.
  • Ən vacib şey budur: qayda 1 – pulları əldən verməyin, qayda 2 – qayda 1-i unutmayın.
Son xəbərlər
Digər xəbərlər