15 C
Baku
Friday, May 3, 2024

“WeChat” messenceri rəqəmsal yuanı dəstəkləyəcək

Çinin ən böyük mesajlaşma proqramı və ödəniş xidmətlərindən biri olan “WeChat” ölkənin suveren rəqəmsal valyutasını dəstəkləməyə başlayıb. Qeyd edək ki, Çində mobil ödənişlər sahəsində “Ant Group”a məxsus olan “WeChat” və “AliPay” liderlik edir.

Banker.az xəbər verir ki, “Çinli istehsalçılar “WeChat Pay” və “AliPay”a o qədər bağlıdırlar ki, onları yeni mobil ödəniş proqramına keçməyə inandırmaq qeyri-realdır. Beləliklə, Mərkəzi Bankın bunu təkbaşına etməkdənsə, “WeChat Pay” və “AliPay” ilə əməkdaşlıq etməsi məntiqlidir”, – deyə mesajda bildirilir.

Bu gün “WeChat”ın 1 milyarddan çox istifadəçisi var və rəqəmsal valyutanın dəstəyi onun inkişafı üçün böyük təkan ola bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər