2 C
Baku
Sunday, December 15, 2024

“Wells Fargo” bütün fərdi kredit xətlərini bağlayır

ABŞ-ın ən böyük bank qruplarından biri olan “Wells Fargo” yaxın həftələrdə mövcud olan bütün fərdi kredit xətlərini bağlayacaq və bu məhsulu müştərilərə bir daha təklif etməyəcək.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bankın müştərilərinə göndərilən məktublara istinadən “CNBC” məlumat yayıb.

Qeyd edək ki, ABŞ-da fərdi kredit xətti müştərilərə 3 mindən 100 min dollara qədər “borc” almağa imkan verir. Bu məhsul digər kreditlərin yenidən maliyyələşdirilməsi və ya ödəniş məqsədilə istifadə olunur.

“Wells Fargo” bu yaxınlarda məhsul təkliflərini yenidən nəzərdən keçirib və bütün kredit xətlərini təqdim etməyi dayandırmağa və mövcud olan bütün bu hesabları bağlamağa qərar verib”, – deyə bankın göndərdiyi mesajda deyilir.

“Wells Fargo” bu addımın bütün diqqəti bankın kredit kartları və istehlak kreditlərinə yönəltməyə imkan verəcəyinə inanır.

Son xəbərlər
Digər xəbərlər