18 C
Baku
Thursday, April 25, 2024

“Whatsapp Business” iOS-da da istifadəyə verilib

“Whatsapp Business” tətbiqi iOS əməliyyat sistemi ilə işləyən smartfonlarda da istifadəyə verilib.

Tətbiq öncə Braziliya, Almaniya, İndoneziya, Hindistan, Meksika, İngiltərə və ABŞ-da aktivləşdirilib. Daha sonra isə bütün dünyada əlçatan olacaq.

Qeyd edək ki, “Whatsapp Business” tətbiqi biznes üçün fəaliyyət təsvirini, iş saatlarını və əlavə məlumatları özündə əks etdirən hesabların yaradılması imkanını verir. Bundan başqa, müştərilərin sulları üçün nəzərdə tutulmuş şablonlardan ibarət sürətli cavablar da yaratmaq mümkündür.

Xatırladaq ki, bu tətbiq 2018-ci ilin əvvəlində Android əməliyyat sistemi üçün təqdim olunmuşdu.

Technote.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər