27 C
Baku
Saturday, July 27, 2024

“WhatsApp” yeni “Kanallar” funksiyasını işə salır

“WhatsApp” messenceri tətbiqdə istifadəçilərin müxtəlif kontent izləyə biləcəyi “Kanallar”ın işə salındığını elan edib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

“Bu gün biz “WhatsApp”dan çıxmadan insanlardan və təşkilatlardan vacib xəbərləri izləmək üçün sadə, təhlükəsiz və məxfi “Kanallar” funksiyasını təqdim edirik. Qeyd edək ki, izlədiyiniz kanallar çatlardan kənarda, “Aktual” bölməsində yerləşəcək”, – mesajda deyilir.

Gələcəkdə bu cür kanalların monetizasiyası planlaşdırılır. Messencerin dediyinə görə, bu, “WhatsApp”ın ödəniş xidmətləri sayəsində mümkün olacaq.

“Kanallar” funksiyası yaxın aylarda müxtəlif ölkələrdə işə düşəcək. Bunun üçün xidmət Kolumbiya və Sinqapurdakı qlobal media və təşkilatlarla əməkdaşlıq edir. Yenilik ilk növbədə məhz orada təqdim olunacaq.

Son xəbərlər
Digər xəbərlər