“WhatsApp” komandası 2021-ci ildə mobil proqramdan istifadə qaydalarını dəyişdirəcək. Yeni istifadə qaydaları ilə razılaşmayan istifadəçilər messencerə girişdən məhrum ediləcək.
Dəyişikliklər “WhatsApp” və “Facebook”da istifadəçi məlumatlarının işlənməsi ilə bağlıdır. Yeni qaydaların fevralın 8-dən tətbiq edilməsi gözlənilir. Messencer bildirişlər vasitəsilə istifadəçiləri bu barədə xəbərdar edəcək.
Yeni istifadə qaydaları ilə bağlı hələ ki dəqiq məlumat yoxdur.