23 C
Baku
Friday, April 19, 2024

“WhatsApp”da daha bir funksiya tətbiq olundu

“WhatsApp”da ismarıcların silinməsi ilə bağlı yeni funksiya tətbiq olunub.

Bundan sonra ismarıclar istifadəçinin təyin etdiyi müddət ərzində avtomatik silinəcək. Xüsusi komanda ilə işə salınacaq funksiya ismarıcları 24 saat, 1 həftə, yaxud 90 gün sonra silir.

Belə ki, Android və ya iOS ilə çalışan telefonlarda funksiyanı açmaq və yaxud söndürmək üçün “Parametrlər”, sonra şəxsi hesabdan “Məxfilik” bölməsinə, orada da “Silinən ismarıclar” bölməsinə daxil olmaq gərəkdir.

Xatırladaq ki, ismarıcları silən funksiya ötən il tətbiq olunub və indiyədək hər çatda ayrıca işə salınırdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər