15 C
Baku
Saturday, May 4, 2024

“WhatsApp”ın Android versiyasının dizaynı dəyişib

“WhatsApp” messenceri Android-də tətbiqin dizaynını dəyişib: naviqasiya paneli indi proqramın yuxarı hissəsində deyil, aşağı hissəsində yerləşir (iPhone cihazlarında olduğu kimi).

Panelin rəngi yaşıldan ağa dəyişib və hər bölmənin öz simvolu əlavə edilib. Yeniləmə artıq bütün istifadəçilər üçün əlçatandır.

Daha əvvəl “WhatsApp” statusların ekranını yeniləyib. Əgər əvvəllər statusa baxmaq üçün istifadəçinin profilinə daxil olmalı idinsə, indi bütün statuslar “chat”ın yuxarısındakı  “Yeniləmələr” bölməsində toplanır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər