21 C
Baku
Friday, May 31, 2024

Will Smith – həyat prinsipləri

“Mənim həyatımda çox gözəl vaxtlar olub və mən bunu sizinlə paylaşmaq istəyirəm” –  Will Smith öz dünyagörüşünü bizimlə paylaşır.

“Mən həyatda yaşamağı sevirəm. Mən hesab edirəm ki, bu sanki yoluxucu bir hissdir və onu saxtalaşdırmaq mümkün deyil”. 

Greatness exists in all of us

“Bizlərdən hər biri dahi ola bilər. Dahilik – bu sadəcə möhtəşəm, sehrli, xəyali… ilahi və yalnız seçilmiş insanlara xas ola biləcək xüsusiyyət deyil. Bu, gerçəkdən, həqiqətən mövcuddur və bizim hər birimizdə vardır. Bu, olduqca sadədir. Mən həqiqətən də buna inanıram. Mən buna görə ölməyə də hazıram. Nöqtə”.

“Mən bilirəm ki, mən kiməm və mən bilirəm ki, nəyə inanıram. Bu mənim bilməli olduğum (bilməyin lazım olduğu) yeganə amildir. Və beləliklə bundan başlayaraq siz, lazım olanı edirsiniz. Mən fikirləşirəm ki, biz bəzən situasiyanı olduğundan daha çətin edirik. Çünki biz çətinlik axtarırıq. Biz mütləq fikirləşirik ki, bu çətin bir şey olmalıdır. Onun başa düşülməsi asan ola bilməz”.

Yes it can

Bəli –ola bilər deməkdir. “Biz bu fikirlə böyüməmişik ki, gələcəkdə də bir vaxt olduğumuz yerdə olacağıq. Biz bu fikirlə böyümüşük ki, əvvəllər bizim harada olmağımız heç bir əhəmiyyət daşımır. . Çünki biz getdikcə daha böyük oluruq”.

There is no shortcut to success
Uğura aparan qısa yol yoxdur.

“Bəzən insanlar talant və bacarıq arasındakı fərqi düzgün qavramırlar. Söhbət arzular quran, həyatda uğur əldə etmək istəyən, nəyəsə can atan insanlardan gedir. Talant təbiidir, o anadangəlmədir, o səninkidir. Bacarıq isə dəfələrlə, dəfələrlə və dəfələrlə edilən cəhdlər, göstərilən səylər nəticəsində əldə edilir, inkişaf etdirilir. Əslində sözün düzünə qalsa, mən heç zaman özümü talantlı hesab etməmişəm. Əgər mən uğura nail olmuşamsa, bu ona görədir ki, mən ağlasığmaz, dəhşətli və iyrənc dərəcədə, dəlicəsinə əzmkaram.  Mən inanılmaz səylər göstərmişəm.

Başqaları yatanda mən işləyirəm. Başqaları yeyəndə mən işləyirəm”.

“Mən çox-çox cavan olanda onu dərk etdim ki, ətrafda başqa yol yoxdur. Sizin nə qədər talantlı olmağınızın heç bir fərqi yoxdur. Əgər siz bacarıqlarınızı inkişaf etdirmirsinizsə, istedadınız  sizi məhv edəcək.  Əgər siz öyrənmirsinizsə… öz üzərinizdə hər gün ciddi şəkildə çalışmırsınızsa… hər gün özünüzü daha yaxşı olmağa həsr etmirsinizsə… Siz heç zaman uğur qazanmaq üçün yetərli səviyyədə olmayacaqsınız.

Mən hesab edirəm ki, məni digərlərindən fərqli edən yeganə nüans, məni başqalarından tamamı ilə fərqləndirən ən vacib xüsusiyyət odur ki… Mən qaçış meydançasında ölməkdən qorxmuram”.

“-Ola bilsin ki, siz məndən daha talantlısınız.
-Bəlkə də, siz məndən daha istedadlı ola bilərsiniz.
-Siz məndən daha ağıllı ola bilərsiniz

-Siz məndən daha cəlbedici ola bilərsiniz. Ola bilsin ki, siz bütün meyarlara görə məndən daha yaxşısınız.  Amma əgər biz eyni anda yarış meydançasına çıxsaq, iki variant olacaq. Ya siz birinci təslim olacaqsınız, ya da mən ölümə gedəcəyəm. Mən ölənə qədər döyüşəcəyəm. Bu, doğrudan da belə sadədir. Siz məni məğlub edə bilməzsiniz.  Bu, olduqca sadə və ən başlıca konsepsiyadır.

Əksər insanlar arzu etdiklərinə nail olmurlar.  Bunun ciddi səbəblərindən biri də odur ki, kimsə onları məğlub edib, yəni onlar təslim olmağı qəbul ediblər. Bu ciddi şəkildə çox mühüm imkanların itirilməsi ilə bağlıdır. Mən həmişə deyirəm. Əgər siz daima hazır olsanız, sizə hazırlaşmağa gərək qalmayacaq”.

Lay one brick at a time
Ardıcıl şəkildə bir kərpic qoyun.

Bir dəfə yayda onun atası daşdan tikilmiş bir divarı uçurdur və 12 yaşlı Will və onun 9 yaşlı qardaşına divarı yenidən tikməyi (bərpa etməyi) tapşırır. Oğlanlar hər iksi deyir ki, bu tapşırığı etmək mümkünsüzdür. Tapşırıq onlar il yarım vaxtını aparır, amma uşaqlar bunu edirlər.
“Onda atam deyir: Mən istəmirəm ki, sən mənə nə vaxtsa deyəsən ki, sənin edə bilməyəcəyin bir iş vardır”.

“Divar tikməyə çalışma.. Divarı dərhal ucaltmağa hazırlaşma”. “Demə ki, mən nə vaxtsa tikilmiş olan ən böyük və ən əzəmətli  divarı ucaldacağam, böyük işlərin təməli belə qoyulmur. De ki, mən hər gün bir kərpici, onu qoymağın mümkün olduğu ən ideal şəkildə digərinin üzərinə qoyacağam”.

“Əgər sən bunu hər gün etsən, çox tezliklə divarını ucaldacaqsan. Ən çətin olanı birinci addımı atmaqdər. Çünki onda sən tapşırığın nə qədər çətin və böyük olduğuna baxırsan bu əslində çətin tapşırıq deyil. Bu sadəcə bir-birinin ardınca qoyulan kərpiclərdir”.

Get your priorities straight
Öz prioritetlərini müəyyənləşdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər