8 C
Baku
Tuesday, March 19, 2024

“Wizz Air” Afina və Reykyavikə uçuşları dayandıracaq

Macarıstanın büdcə aviaşirkəti “Wizz Air” mart ayının sonundan etibarən Vilnüsdən İslandiyanın paytaxtı Reykyavikə və Yunanıstanın paytaxtı Afinaya uçuşları dayandıracaq. Londonun “Luton” hava limanına isə uçuşlar daha az həyata keçiriləcək.

Bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilir.

“Aviasiya təcrübəsində qəbul olunduğu kimi, uçuşların tezliyi mövsümün və marşrutların cazibədarlığının nəzərə alınması ilə dəyişir. Ən populyar marşrutların aşağı qiymətlərlə əldə olunmasını təmin etmək üçün “Wizz Air” təklif olunan marşrutları daim izləyir və təhlil edir”, – deyə məlumatda qeyd olunub.

Bildirib ki, Reykyavikə və Afinaya bilet almış bütün sərnişinlər məlumatlandırılacaq, onlara alternativlər təklif olunacaq.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər