Macarıstanın lou-kost aviaşirkəti “WizzAir” Gürcüstanın Kutaisi hava limanından uçuşları gələn yaya qədər təxirə salacaq.
Bu barədə aviaşirkətin nümayəndəsi Andras Rado bildirilib.
Onun sözlərinə görə, şirkət Kutaisi hava limanındakı bazasını bağlamağı planlaşdırmır.
“Lakin uçuşların COVİD-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar olaraq gələn yaya qədər təxirə salınması planlaşdırılır”, – deyə A. Rado vurğulayıb.