WSJ: BƏƏ valyuta qıtlığı halında ABŞ dollarından imtina edə bilər

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdəki münaqişə fonunda mümkün maliyyə dəstəyi almaq üçün ABŞ ilə danışıqlara başlayıb. Bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, BƏƏ nümayəndələri danışıqlar zamanı amerikalı rəsmilərə bildiriblər ki, dollar çatışmazlığı yaranacağı təqdirdə ölkə neft satışında və digər əməliyyatlarda Çin yuanından və ya digər ölkələrin valyutalarından istifadə etməyə məcbur qala bilər.

Qeyd olunur ki, BƏƏ-nin başqa valyutaya keçidi ABŞ dolları üçün gizli təhlükə yarada bilər. Belə ki, dolların qlobal valyutalar arasında dominant mövqeyi qismən onun neft əməliyyatlarında geniş istifadə olunması ilə bağlıdır.

WSJ vurğulayır ki, BƏƏ dirhəmi ABŞ dollarına bağlıdır və təxminən 270 milyard dollar həcmində valyuta ehtiyatları ilə təmin olunub.

Son xəbərlər
Digər xəbərlər