12 C
Baku
Wednesday, December 11, 2024

WSJ: NATO Ukraynaya uzunmüddətli yardım üçün məsul şəxs təyin edəcək

“The Wall Street Journal” mənbələrə istinadən yazır ki, NATO ölkələri Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya kömək məqsədi daşıyan tədbirlər hazırlayıb. Digər məsələlərlə yanaşı, alyans Ukraynaya hərbi təchizatların koordinasiyasına cavabdeh olan yüksək səviyyəli mülki məmur göndərəcək.

Bundan başqa, Almaniyanın Visbaden şəhərində Ukrayna Silahlı Qüvvələrinə hərbi texnika, silah-sursat tədarükü və təlimlərin keçirilməsini koordinasiya etmək üçün qərargah yaradılacaq. “The New York Times” da keçən həftə bu təşəbbüslə bağlı məlumat yayıb. Qərargah hərbi yardım axınını optimallaşdırmaq və Ukraynanın alyansa üzvlüyünə körpü yaratmaq məqsədi daşıyan NATO missiyasının bir hissəsi olacaq.

Hazırlanmış təşəbbüslər iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində elan ediləcək.

Sammitdə NATO üzvləri Ukraynanı alyansa qoşulmağa dəvət etməyəcək, lakin uzunmüddətli maliyyə yardımı təklif edəcək. Xüsusilə, NATO-nun baş katibi Yens Stoltenberq alyansı Ukraynaya hər il 40 milyard avro ayırmağı öhdəsinə götürməyi təklif edib. “The Telegraph” mənbələrə istinadən yazıb ki, sammitdə müttəfiqlər bu prosesə dəstək əlaməti olaraq Ukraynanın NATO-ya daxil olması üçün “yol xəritəsi”ni təsdiq etməyi planlaşdırırlar.

Son xəbərlər
Digər xəbərlər