WSJ: Nvidia və OpenAI 250 mlrd. dollarlıq maliyyələşməni müzakirə edir

Nvidia korporasiyası süni intellekt startapı OpenAI üçün irimiqyaslı məlumat emalı mərkəzinin (data mərkəzi) tikintisini maliyyələşdirmək məqsədilə təxminən 250 milyard dollar məbləğində vəsait ayrılması ilə bağlı danışıqlar aparır. Bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.

Məlumata görə, bu maliyyələşmə OpenAI-a SoftBank-ın törəmə şirkəti tərəfindən tikilən 10 giqavat gücündə elektrik stansiyasının uzunmüddətli icarəsini təmin etmək üçün kredit cəlb etməyə imkan verəcək. WSJ yazır ki, layihənin ümumi dəyəri 500 milyard dolları ötə bilər və bu, məlumat emalı mərkəzlərinin yaradılması sahəsində indiyədək həyata keçirilən ən böyük layihə olacaq.

Xatırladaq ki, ötən il OpenAI, Oracle və SoftBank ABŞ-də Stargate layihəsi çərçivəsində süni intellekt üçün beş yeni məlumat emalı mərkəzinin tikintisini planlaşdırdıqlarını açıqlamışdılar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər