7 C
Baku
Thursday, December 12, 2024

“WSJ”: Ruslar türk banklarına $3 mlrd. köçürüblər

Ruslar türk banklarına təxminən 3 milyard dollar köçürüblər.

Banker.az “Banki.ru”ya istinadən xəbər verir ki, bunu Türkiyə Mərkəzi Bankının hesabatları təsdiqləyir.

Türkiyənin iqtisadçısı Ömər Qenkal əmindir: köçürülən məbləğ Rusiya vətəndaşlarının əmanətləridir. Onun sözlərinə görə, əvvəlcə bu vəsaitlər Türkiyə banklarına yatırılır, sonradan isə Mərkəzi Bankı hesablarında peyda olur.

Bundan əlavə, bəzi Rusiya şirkətlərinin mütəxəssisləri də, görünür, sanksiyalardan və sonrakı iqtisadi dəyişikliklərdən qorxaraq Türkiyəyə köçüblər. Xüsusilə, “Yandex”, “Avito”, “Tinkoff” və “DataArt” şirkətlərinin əməkdaşları.

Son xəbərlər
Digər xəbərlər